Rusiyada yüksəkrütbəli hərbçiyə qarşı terror aktının qarşısı alınıb

Rusiyada yüksəkrütbəli hərbçiyə qarşı terror aktının qarşısı alınıb






presstv

"Presstv"az #Cinayət işi, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Rostov şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkənin Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbçisinə qarşı planlaşdırılan terror aktının qarşısını alıblar. Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülən Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı saxlanılıb.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

“FTX tərəfindən Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Rostovda Rusiya Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbçisinə qarşı terror aktının hazırlanmasında əli olan Mərkəzi Asiya ölkələrindən birinin 1982-ci il təvəllüdlü vətəndaşı saxlanılıb”, – deyə məlumatda bildirilib.

Məlumata görə, o, xaricdə olarkən beynəlxalq terror təşkilatlarının tərəfdarı olan tanışı vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı tərəfindən işə götürülüb. Kuratorun göstərişi ilə o, Rostova gəlib, orada kirayə mənzil götürüb və əldəqayırma partlayıcı qurğudan istifadə etməklə qətl törətmək üçün hərbçinin yaşayış yeri üzrə kəşfiyyat aparıb. Ondan trotil ekvivalentində çəkisi 400 qram olan əldəqayırma partlayıcı qurğu, kurator ilə konspirativ əlaqə üçün rabitə vasitələri və müşahidə üçün videokamera müsadirə edilib.

“Fiqurant etiraf xarakterli ifadələr verir”, – deyə qeyd edilib.

Rostov vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Cinayət Məcəlləsinin “Terror aktına hazırlıq”, “Partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz dövriyyəsi” və “Partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz hazırlanması” maddələri üzrə cinayət işi açıb. Şübhəli şəxs nəzarətə götürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv