XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı – FOTO

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı – FOTO






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Qəbələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də musiqisevərlər Heydər Əliyev Konqres Mərkəzində növbəti konsert proqramını izləyiblər.

presstvaz AZƏRTAC-a istinadən bildirir ki, kamera musiqisi axşamında Vurğun Vəkilov (piano), Ümidə Abasova (violin), Nərgiz Əliyeva (fleyta), Zərif Kərimova (piano), Boris Paşkin (akkordeon), Eldar İsababayev (kontrabas), Yusif Əlizadə (zərb aləti), Zərrin Əliyeva (violin), Nərgiz Kəngərli (piano) və Aytac Şıxəlizadə (mezzo soprano) maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Tofiq Quliyevin "Arzular", Fikrət Əmirovun "Gecə keçdi", V.Saparovun "Alla tanqo", F.Şopenin "Grande valse billiante", "20 nömrəli Noktün", F.Listin "İspan rapsodiyası", R.Gallianonun "Klod üçün tango" və digər bəstəkarların əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da tamaşaçılara Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim olunacaq.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv