24 yaşını tamamlayan tələbələr əsgərliyə çağırılacaq? – Rəsmi AÇIQLAMA

24 yaşını tamamlayan tələbələr əsgərliyə çağırılacaq? – Rəsmi AÇIQLAMA






presstv

"Presstv"az #Azərbaycan, #Hərbi xidmətə çağırış, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin əvvəli qüvvəyə minən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, təhsil alanın hərbi xidmətə çağırış üçün möhlət yaşı dəyişdirilib.

Belə ki, qanuna əsasən, bakalavrlar üçün 24 yaş, magistrlar üçün isə 26 yaş həddi müəyyən olunub. Yəni, əgər vətəndaşın 24 yaşı tamam olubsa, artıq ona təhsil üçün hərbi xidmətdən möhlət verilməyəcək.

Hazırda təhsilini davam etdirən və 24 yaşını tamamlayan tələbələrin hərbi xidmətə çağırılıb-çağırılmaması isə maraq doğurur.

presstvaz xəbər verir ki, modern.az məsələ ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda 29 dekabr 2024-cü il tarixdə təsdiqlənən dəyişiklikdən öncə təhsil alan çağırışçılara müvafiq dəyişikliklər əsasında müəyyənləşdirilmiş yaş məhdudiyyətləri tətbiq olunmur.

Onun sözlərinə görə, qanunda qeyd olunmuş yaş məhdudiyyətləri dəyişikliklərin təsdiq olunduğu tarixdən sonra ali təhsil müəssisələrinə daxil olan çağırışçılara şamil edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv