De Bruyne Qvardiola ilə Konte arasındakı fərqdən danışdı

De Bruyne Qvardiola ilə Konte arasındakı fərqdən danışdı






presstv

"Presstv"az #Belçika, #Futbol, #Mançester Siti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belçikalı yarımmüdafiəçi Kevin De Bruyne “Napoli”nin baş məşqçisi Antonio Konte ilə “Mançester Siti”yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiolanın məşqçilik yanaşmasını müqayisə edib.

presstvaz “Sky Sport Italia”ya istinadla xəbər verir ki, belçikalı ulduz Kontenin müdafiəyə meyilli futbola üstünlük verdiyini bildirib.

“Pep yəqin ki, hücuma, Konte isə daha çox müdafiəyə meyillidir. Lakin bunu dəqiq söyləmək çətindir. Biz cəmi 10 gündür birlikdə işləyirik və mənim Qvardiola ilə doqquzillik təcrübəm var”, – deyə De Bruyne bildirib.

Xatırladaq ki, 34 yaşlı yarımmüdafiəçi azad agent kimi “Mançester Siti”dən “Napoli”yə bu yay keçib. Ötən mövsüm De Bruyne bütün turnirlərdə 40 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, onun hazırkı bazar dəyəri 20 milyon avrodur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv