Bakıda torpaq iyunda kəskin bahalaşıb

Bakıda torpaq iyunda kəskin bahalaşıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Binəqədi rayonu, #Qaradağ rayonu, #Sabunçu rayonu, #Səbail, #Suraxanı rayonu, #Xətai rayonu, #Xəzər rayonu, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

presstvaz xəbər verir ki, bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc danışıb.

Onun sözlərinə görə, ən yüksək artım və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28% çoxdur.

Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13% ), Nəsimidə isə 292 385 manat (+ 20% ) olub.

Ötən ay bir sot torpağın orta qiyməti Yasamal rayonunda 202 588 manat (+ 25%), Xətai rayonunda 232 965 manat (+ 12%), Nizami rayonunda 63 842 manat (+ 18%), Binəqədi rayonunda 54 875 manat (+ 14%), Sabunçu rayonunda 46 352 manat (+ 10.5%), Xəzər rayonunda 25 988 manat (+ 11%), Suraxanı rayonunda 25 541 manat (+ 10%), Qaradağ rayonunda 14 971 manat (+ 7%), Pirallahı rayonunda isə 9 124 manat (+ 8%) olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv