Tailand Kamboca ilə genişmiqyaslı müharibəyə başlaya bilər

Tailand Kamboca ilə genişmiqyaslı müharibəyə başlaya bilər






presstv

"Presstv"az #Fransa, #Hakim, #Hərbi Hava Qüvvələri, #Müharibə, #Münaqişə, #Quru Qoşunları, #Tailand, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailand və Kamboca sərhədində toqquşmalar müharibəyə çevrilə bilər.

presstvaz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tailandın baş naziri vəzifəsini icra edən Phumtam Veçayçay bildirib.

Tailand Silahlı Qüvvələri Kamboca tərəfinin mülki əhalini “Qrad” çoxsaylı buraxılış raket sistemləri ilə atəşə tutduğunu açıqlayıb.

Qeyd olunur ki, Tailand qoşunları operativ şəraitə uyğun olaraq adekvat cavab verirlər.

İyulun 24-nə keçən gecə Tailand və Kamboca sərhədində mübahisəli ərazidə quru qoşunları arasında atışma başlayıb. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib, daha sonra isə ölkənin Hərbi Hava Qüvvələri qonşu dövlətin ərazisindəki hədəflərə zərbələr endirib. Bu, Banqkok və Pnompen arasında yeni bir gərginliyə səbəb olub.

Tailand və Kamboca arasında sərhəd mübahisəsi 1904-cü ildə Siam Krallığı (Tailandın əvvəlki adı) ilə Üçüncü Fransa Respublikası arasında imzalanmış müqavilədən qaynaqlanır. Sənəd Siamın o vaxtlar Fransanın hakimiyyəti altında olan qonşu ərazilərlə sərhədlərini müəyyən edirdi. Lakin 1953-cü ildə Kamboca Fransadan müstəqillik qazandıqdan sonra sərhəd xətti mübahisəli oldu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv