Hakan Fidan və Selçuk Bayraktar “IDEF 2025” sərgisində “Azərsilah”ın stendini ziyarət ediblər

Hakan Fidan və Selçuk Bayraktar “IDEF 2025” sərgisində “Azərsilah”ın stendini ziyarət ediblər






presstv

"Presstv"az #Azərbaycan, #Hakan Fidan, #İstanbul, #Müdafiə Sənayesi Nazirliyi, #Niger, #Nigeriya, #Selçuk Bayraktar, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Somali, #Türkiyə, #Vüqar Mustafayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstanbulda keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev iyulun 24-də Nigeriya Federativ Respublikasının müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Somali Federativ Respublikasının müdafiə naziri Ahmed Moallim Fiqi, Cənubi Afrika Respublikasının müdafiə və vətən veteranları nazirinin müavini Bantubonke Harrington Holomisa və Səudiyyə Ərəbistanı Krallığının icra məsələləri üzrə müdafiə nazirinin müavini Xalid bin Husseyn Al-Biyari ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi (MSN) məlumat yayıb.

Bildirilib ki, görüşlər zamanı “IDEF 2025” sərgisində yüksək səviyyəli işgüzar mühitin formalaşdığı, bu tədbirin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları baxımından mühüm platforma rolunu oynadığı vurğulanıb.

Ölkələrimiz arasında hərbi-texniki sahədə tərəfdaşlıq imkanları müzakirə edilib, tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sərgi çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stendi ziyarət ediblər.

Nazir V.Mustafayev onlara sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, MSN “IDEF” sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir. Sərgi iyulun 27-də başa çatacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv