Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?






presstv

"Presstv"az #Azərbaycan, #Kamran Əsədov, #Nazirlər Kabineti, #Təhsil, #Türkiyə, #Universitetlər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə təhsil alan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə üçün müraciət etsə də, onlara imtina cavabı verilib.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, YÖS (Yabancı Öğrenci Sınavı – Xarici tələbələrin Türkiyədəki universitetlərə qəbul olunması üçün təşkil olunan imtahan – red.) imtahanı ilə Türkiyə dövlət universitetlərinin bakalavr səviyyəsinə qəbul olan tələbələr Azərbaycan ali təhsil müəssisələrinə köçürülmə üçün lazım olan rüsumu ödəyərək müraciət ediblər, lakin onların tələbinə aidiyyəti qurum tərəfindən rədd cavabı verilib.

Tələbələrə imtina üçün başqa bir səbəb də göstərilib.

Belə ki, əksər tələbələr 2023-cü ildə YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunublar. Daha sonra isə 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunub. Lakin həmin tələbələr bildirirlər ki, imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl veriblər. Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildirib ki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bunu nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib.

Bəs Türkiyədə təhsil alan tələbələrin transfer hüququnun ləğv edilməsi nə qədər qanunauyğundur?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, tələbənin akademik borcu olduğu üçün kredit sayının az olması Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndi ilə qanuni sayılır. Həmin bənddə açıq şəkildə bildirilir ki, akademik borcu olan tələbənin kreditlərinin normadan az olması hüquq pozuntusu deyil. Yəni tələbələrə bunun əsas gətirilərək köçürülməsinə imtina verilməsi onların hüquqlarının pozulması hesab olunur.

Məsələ ilə bağlı Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələbələrin 348 saylı qərara istinad etmələri tamamilə yanlışdır: “Qanunvericiliyə əsasən, tələbənin bir semestrdə götürəcəyi kredit norması 30-dur. Bəzi tələbələr müxtəlif səbəblərdən bu normadan az və ya çox kredit götürə bilərlər, amma norma 30-dur”.

Qurumdan o da bildirilib ki, köçürülmə ilə bağlı 2023-cü il və sonrasına aid yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Müxtəlif universitetlər tərəfindən lokal qaydada keçirilmiş və etibarlılığı şübhə doğuran imtahan nəticələri qəbul edilmir”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv