Gecə ilə səkini tutub, ağacları asfaltlayaraq parkinq edənlər cəzalandırıldılar – FOTO

Gecə ilə səkini tutub, ağacları asfaltlayaraq parkinq edənlər cəzalandırıldılar – FOTO






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Azərbaycan, #Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), #Bakı, #Nəqliyyat, #Nərimanov rayonu, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) piyada səkisini parkinqə çevirən "Bakı 4 N-li Yol İstismarı" MMC-nin direktoruna şiddətli töhmət verib.

Qurumdan presstvaz-a verilən məlumata görə, iyulun 23-ü sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal Agentlik tərəfindən araşdırma aparılıb.

Araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən "Bakı 4 N-li Yol İstismarı" MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.

AAYDA-nın İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb edilib, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eyni zamanda dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.

Qurum vətəndaşlardan xahiş edir ki, yol infrastrukturuna müdaxilə halları ilə rastlaşdıqda bu barədə Agentliyə və ya aidiyyəti qurumlara məlumat versinlər.

Qeyd edək ki, sosial şəbəkələrdə həmin ərazidən fotolar paylaşılaraq piyada səkisinin icazəsiz sökülüb yaxınlığındakı ağacların dibinin asfaltlanaraq parkinq edilməsi barədə məlumat yayılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv