Ceyhun Bayramov Corc Diki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Ceyhun Bayramov Corc Diki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib






presstv

"Presstv"az #Azərbaycan, #Ceyhun Bayramov, #İsrail, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən presstvaz-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsini dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd olunub.

Səfir Corc Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv