Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub






presstv

"Presstv"az #Bakı, #Lənkəran, #Meşə, #Qazax, #Quba, #Şəki, #Şəmkir, #Şəmkir rayonu, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırmızı Ürəklər Fondunun və “Kapital Bank”ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub.

Şəmkir rayonunun Kür qəsəbəsində, Şəmkir su anbarının ətrafında baş tutan aksiyada ümumilikdə 750 kiloqram məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib. Ərazinin təmizlənməsinə “Kapital Bank”ın Qazax-Tovuz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 33 nəfər əməkdaş könüllü olaraq qoşulub.

Layihənin əsas məqsədi cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın artırılması, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasının təbliği, eləcə də hər kəsin təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq edilməsidir.

Qeyd edək ki, 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə Qırmızı Ürəklər Fondu və “Kapital Bank” tərəfindən start götürən marafon geniş coğrafiyanı əhatə edərək bu günədək Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala, Bakı və Quba-Xaçmaz iqtisadi rayonlarında həyata keçirilib.

Ətraflı məlumat: https://shorturl.at/4fpoi

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv