Tacikistanda “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq toplantı keçirilib

Tacikistanda “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq toplantı keçirilib






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Orta məktəb, #Tacikistan, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il 15-19 iyul tarixlərində Tacikistan Respublikasının Gülüstan şəhərində “Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması” mövzusunda elmi-praktik konfrans və “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq toplantı keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən tədbirlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Quliyev, həmin idarənin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev, eləcə də Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərliyi altında şagirdlərdən ibarət komanda iştirak edib.

İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin toplandığı elmi-praktik konfransda yol hərəkət iştirakçıları, xüsusilə uşaqlarda yol hərəkəti təhlükəsizliyinə dair bilik və praktiki bacarıqların formalaşması, bu sahədə tədris metodlarının təkmilləşdirilməsi və ölkələrarası təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri geniş müzakirə olunub.

​​​​​​​​​​​​​Eyni zamanda, “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq tədbirdə müxtəlif nominasiyalar üzrə yarışan komandalar – yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyi ilə bağlı praktik vərdişlər, komandada işləmək bacarığı və digər sahələr üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, ölkəmizi təmsil edən məktəblilərdən ibarət nümayəndə heyəti uğurlu çıxış edərək yüksək nəticə göstərmişlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv