Azərbaycanın dəstəyi ilə Əfqanıstanda qadınlar üçün tədris mərkəzi açılıb

Azərbaycanın dəstəyi ilə Əfqanıstanda qadınlar üçün tədris mərkəzi açılıb






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Əfqanıstan, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kabil şəhərində Azərbaycan Respublikasının Əfqanıstandakı səfiri İlham Məmmədovun iştirakı ilə “Ənənəvi Əfqan Sənətkarlığının İnkişafı üçün Xalçaçılıq üzrə Tədris Mərkəzi”nin açılışı baş tutub.

presstvaz xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, məşğulluğun artırılması və ənənəvi əfqan sənətlərinin qorunması məqsədini daşıyan layihə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi, habelə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əfqanıstandakı nümayəndəliyi və Əfqanıstanın Əmək və Sosial Təminat Nazirliyinin tərəfdaşlığı ilə ərsəyə gəlib.

Tədbirdə Əfqanıstanın əmək və sosial təminat nazirinin müavini Əlhac Mavlavi çıxış edərək Azərbaycan və İƏT-ə ölkəsi adından təşəkkür edib, habelə layihənin əfqan əl sənətinin qorunmasına, təşviqinə və inkişafına xidmət edəcəyini vurğulayıb. İƏT-in Əfqanıstandakı nümayəndəsi səfir Mohammad Saed əl-Ayyaş Azərbaycan tərəfinin dəstəyi ilə yaradılmış peşə məktəbinin aztəminatlı əfqan ailələrinə dəstək olacağını, eləcə də layihənin İƏT üzv ölkələri arasında həmrəyliyə xüsusi töhfə verdiyini qeyd edib.

Səfir İ.Məmmədov ölkəmizin Əfqanıstanda artıq bir neçə layihə icra etdiyini diqqətə çatdırıb, bu kimi təşəbbüslərin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Azərbaycan-Əfqanıstan dostluq əlaqələrindən, eləcə də İƏT çərçivəsində həmrəyliyin əhəmiyyətindən danışan natiqlər Azərbaycanın 2026-cı ildə İƏT Dövlət və Hökumət Başçıları Zirvəsinə sədrlik etməsinin xüsusi önəm daşıdığını qeyd ediblər.

Tədris mərkəzi dörd emalatxanadan ibarətdir və 20 ədəd xalça toxuculuğu dəzgahı, zəruri alətlər və bir illik xammal ehtiyatı ilə təchiz olunub. Mərkəzdə eyni vaxtda 80 qadının təlim keçməsi nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv