İsrail və Çindən Azərbaycana gələnlərin sayı artıb

İsrail və Çindən Azərbaycana gələnlərin sayı artıb






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Avto, #Azərbaycan, #Belarus, #Birləşmiş Ərəb Əmirlikləri, #Cənubi Koreya, #Çin, #Dövlət Statistika Komitəsi, #Gürcüstan, #Hindistan, #İran, #İsrail, #İtaliya, #Kanada, #Nəqliyyat, #Niderland, #Özbəkistan, #Pakistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Tacikistan, #Türkiyə, #Ukrayna, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 217.4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, gələnlərin 25.8 faizi Rusiya Federasiyası, 17.6 faizi Türkiyə, 9.4 faizi Hindistan, 8.2 faizi İran, 4.2 faizi Gürcüstan, 3.7 faizi Qazaxıstan, 3.2 faizi Səudiyyə Ərəbistanı, 2.9 faizi Pakistan, 2.1 faizi Çin, hər birindən 1.9 faiz olmaqla İsrail və Özbəkistan, 1.8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.4 faizi Ukrayna, 1.3 faizi Türkmənistan, hər birindən 1 faiz olmaqla Belarus və Küveyt, 12.6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67.9 faizini kişilər, 32.1 faizini qadınlar təşkil edib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1.9 dəfə, Tacikistandan – 1.8 dəfə, Çindən – 1.6 dəfə, Yaponiyadan – 44.3 faiz, Qırğızıstandan – 40.5 faiz, İordaniyadan – 20.7 faiz, Niderlanddan – 19.1 faiz, Qazaxıstandan – 18.3 faiz, ABŞ-dən – 17.7 faiz, Pakistandan – 16.7 faiz, Kanadadan – 16 faiz, İtaliyadan – 13.2 faiz, Cənubi Koreyadan – 13 faiz, Almaniyadan – 11.1 faiz, Özbəkistandan – 10.3 faiz artıb.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6.4 faiz artaraq 49.7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7 faiz azalaraq 186 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7.3 faiz azalaraq 422.9 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 5.8 faiz artaraq 558.8 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74.3 faizi hava, 24.3 faizi dəmir yolu və avtomobil, 1.4 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv