Ərdoğan: “Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir”

Ərdoğan: “Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir”






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Haber Global, #Jurnalistlər, #Rəcəb Tayyib Ərdoğan, #təyyarə, #Türkiyə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir”.

presstvaz “Haber Global”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

R.T.Ərdoğan burğulayıb ki, Azərbaycan Prezidenti bu dəhlizin tez bir zamanda hazırlanmasını və ondan həm Azərbaycanın, həm də regionun xeyrinə istifadə etmək istəyir:

“Əminəm ki, biz bu məsələni birlikdə həll edəcəyik”.

Türkiyə lideri vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək.

“Biz bu xətti (Zəngəzur dəhlizini nəzərdə tutur – red.), eyni zamanda, geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq. Ümid edirik ki, bu xətt ixtilaf mənbəyindən çox konsensus simvoluna çevriləcək. Bununla da bu region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir əraziyə çevriləcək. Biz region ölkələri olaraq bu məsələni konsensus yolu ilə həll edə bilərik”, – deyə R.T. Ərdoğan vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv