Əs-Süveyda toqquşmalarında ölənlərin sayı artdı

Əs-Süveyda toqquşmalarında ölənlərin sayı artdı






presstv

"Presstv"az #Dəməşq, #İsrail, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyulun 13-dən Suriyanın cənubundakı Əs-Süveyda əyalətində davam edən silahlı toqquşmalarda 298 dinc sakin həlak olub, icmalararası qarşıdurmada ölənlərin ümumi sayı 1 119 nəfərə çatıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat verib.

Qeyd edək ki, daha əvvəl 940 nəfərin öldüyü bildirilirdi.

Telekanalın məlumatına görə, druzların özünümüdafiə dəstələrinin sıralarında 427 döyüşçü həlak olub. Sabitliyi bərpa etmək üçün Dəməşqdən cənub bölgələrə göndərilən Daxili İşlər və Müdafiə nazirliklərinin xüsusi təyinatlıları 354 hərbçini, hökumətyönlü ərəb qəbilə birləşmələri isə 21 milisi itirib. Daxili təhlükəsizlik qüvvələrinin daha 19 əməkdaşı İsrailin hava hücumları nəticəsində həlak olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv