Yaponiyada təbii fəlakətlər zamanı yardım üçün insanabənzər robotlar hazırlanacaq

Yaponiyada təbii fəlakətlər zamanı yardım üçün insanabənzər robotlar hazırlanacaq






presstv

"Presstv"az #Təbii fəlakət, #Universitetlər, #Vəzifə, #Yaponiya, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın ən böyük universitetlərindən biri təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və xilasetmə əməliyyatları zamanı istifadə olunacaq ən müasir insanabənzər robotları birgə hazırlamaq məqsədilə bir neçə yerli şirkətlə əməkdaşlıq edəcək.

presstvaz bu barədə “Kyodo” agentliyinə istinadla xəbər verir.

Vaseda Universiteti yerli şirkətlər “Murata”, “Tmsuk” və “Sre Holdings” ilə birlikdə hündürlüyü 3 metr və çəkisi 300 kiloqram olan insanabənzər robotları birgə hazırlamaq və sonradan istehsal etmək niyyətindədir.

Belə robotlar 5 km/saat sürətlə hərəkət edə və 100 kiloqramdan artıq çəkiləri qaldıra biləcəklər. Nəhəng insanabənzər robotların əsas vəzifəsi Yaponiyanın mütəmadi olaraq üzləşdiyi zəlzələ və digər təbii fəlakətlərdən sonra dağıntıları təmizləmək olacaq.

Test modelinin 2026-cı ilin sonunda hazır olacağı, 2029-cu ildə isə kütləvi istehsalın başlanması planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv