Xocalıya qayıdacaq insanların sayı AÇIQLANDI

Xocalıya qayıdacaq insanların sayı AÇIQLANDI






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Jurnalistlər, #Süni intellekt, #Şuşa, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə – Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib”.

presstvaz xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib.

 

Onun sözlərinə görə, bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq.

Xüsusi nümayəndə forum iştirakçılarına – yerli və xarici jurnalistlərə Xocalının işğal tarixi, faciə qurbanlarının sayı barədə də məlumat verib.

Xatırladaq ki, iyulun 19-da Xankəndidə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu iyulun 21-də Şuşada davam edəcək. Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir.

Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv