Prezidentin xüsusi nümayəndəsi: “Laçın artıq beynəlxalq tədbirlər şəhəridir”

Prezidentin xüsusi nümayəndəsi: “Laçın artıq beynəlxalq tədbirlər şəhəridir”






presstv

"Presstv"az #Azərbaycan, #Laçın rayonu, #Pakistan, #Şuşa, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Laçın şəhəri beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevrilib”.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada səsləndirib.

“Böyük məmnuniyyətlə qeyd etmək istəyirik ki, Laçın şəhəri Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Pakistanın baş nazirinin iştirakı ilə keçirilən Zirvə görüşünə və bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. İyunun əvvəlində Laçında MDB-nin mədəniyyət paytaxtının rəsmi açılış mərasimi keçirildi. Sizin iştirakınızla baş tutan bu tədbir bir daha göstərdi ki, Laçın beynəlxalq əhəmiyyətli mərkəzə çevrilməkdədir” , – deyə Məsim Məmmədov bildirib.

O, Laçının tamamilə bərpa olunduğunu, şəhərin sürətlə inkişaf etdiyini vurğulayıb:

“Son iki il ərzində burada hava limanı tikilib, beynəlxalq əhəmiyyətli tunellər inşa olunub. Artıq 500-ə yaxın yerli sakin öz doğma torpaqlarına qayıdıb. Yalnız şəhər mərkəzində deyil, ətraf kəndlərdə də genişmiqyaslı bərpa işləri aparılır. Üstəlik, daha üç kənd tam şəkildə bərpa olunub və həmin ərazilərə ümumilikdə 1 500 nəfərin yerləşməsi nəzərdə tutulur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv