Qvianalı jurnalist: “Azərbaycan bizim üçün nümunə ola bilər”

Qvianalı jurnalist: “Azərbaycan bizim üçün nümunə ola bilər”






presstv

"Presstv"az #Azərbaycan, #Jurnalistlər, #Müharibə, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“3-cü Şuşa Qlobal Media Forumunda iştirak xarici jurnalistlərə Azərbaycanın Qarabağ bölgəsində aparılan tikinti-bərpa işlərinin miqyasını öz gözləri ilə görmək üçün unikal imkan yaratdı”.

presstvaz xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Fransız Qvianasından olan jurnalist Xavyer Nelson bildirib.

“Bu, çox faydalı və məzmunlu səfər oldu. Biz bölgə haqqında çox yeni məlumatlar əldə etdik və burada baş verən geniş və düşünülmüş dəyişiklikləri öz gözlərimizlə gördük. Azərbaycanın bu qısa müddətdə nələrə nail olması məni heyrətləndirdi. Azərbaycan güclü və məqsədyönlü ölkədir və mən gördüklərimə yalnız heyran ola bilərəm”, – deyə o qeyd edib.

Nelsonun sözlərinə görə, Azərbaycanın təcrübəsi müstəqilliyə və tarixi ədalətin bərpasına can atan xalqlar üçün ilhamverici nümunə ola bilər: “Cənubi Amerikada kiçik bir ölkənin sakini olaraq, hiss edirəm ki, Azərbaycan bizim üçün nümunə ola bilər. Siz müharibədən dərhal sonra təkcə ərazilərin bərpasına deyil, həm də tarixin qorunması işinə başladınız. Bu çox vacibdir. Görünür, burada hər addım düşünülüb və nəticə təsirlidir. Mənim üçün bu həqiqətən ilhamvericidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv