Azərbaycanla D-8 arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanla D-8 arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub






presstv

"Presstv"az #Azərbaycan, #DNT, #Hikmət Hacıyev, #İndoneziya, #İran, #İstanbul, #Misir, #Niger, #Nigeriya, #Pakistan, #Prezident Administrasiyası, #Şuşa, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

III Şuşa Qlobal Media Forumu çərçivəsində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) direktoru, səfir Mustafa Özcan Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə təşkilatın “X” səhifəsində qeyd edilib.

Qeyd olunub ki, görüşdə Azərbaycanla D-8 təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Səfir Özcan, həmçinin Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla media və kommunikasiya sahələrində potensial əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüş keçirib.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv