AQTA Kürdəmirdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb

AQTA Kürdəmirdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Azərbaycan, #Hadisə, #Həkim, #Təcili Tibbi Yardım, #Zəhərlənmə, #Zəhərlənmə hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kürdəmir rayonu, Xırdapay kəndində “Naftalan” ailəvi restoranında baş vermiş zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə presstvaz-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

(function () {window._ttzi = 161; var adv_161_iad = document.createElement(“script”);adv_161_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?v=” + new Date().toJSON().slice(0,10).replace(/-/g,’.’);adv_161_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_161_iad);adv_161_iad.onload = function(){adv_161_iad.parentNode.removeChild(adv_161_iad);}})();

Qeyd olunub ki, həmin kənddə fəaliyyət göstərən, fiziki şəxs Elşən Qıtan oğlu Əzizova məxsus “Naftalan” restoranında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb ediblər.

Eyni zamanda, hadisə nəticəsində zərər çəkmiş şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.

02:00

Kürdəmir rayonunda növbəti zəhərlənmə hadisəsi qeydə alınıb.

presstvaz “Report”a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Naftalan” istirahət mərkəzində baş verib.

Belə ki, rayonun Çərtəyəz kənd sakinləri istirahət mərkəzində qida qəbul etdikdən sonra evə yollanıblar.

Bu zaman evdə halı pisləşən biri uşaq olmaqla, 5 nəfər – Ülviyyə Hətəm qızı Məhərrəmova (1986), Güllü Xəyyam qızı Məhərrəmova (2008), Aydın Xəyyam oğlu Məhərrəmli (2009), Sənan Cavanşir oğlu Məhərrəmov və Zöhrə Mədət qızı Məhərrəmova (1993) dərhal Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.

01:52

Kürdəmirdə istirahət mərkəzində qidadan zəhərlənən şəxslərin adları məlum olub.

presstvaz “Report”a istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir.

– Ümüd İlkin oğlu Səlimli (2010)

– Firuzə Şaxtalı qızı Şirəliyeva (1992)

– Aydan Məmməd qızı Şirəliyeva (2009)

– Könül İlqar qızı Məmmədova (1992)

– Səadət Mehrab qızı Orucova (2002)

– Mübariz Ənnağı oğlu Şəmiyev (1979)

– Samirə Qara qızı Şəmiyeva (1983)

– Ramil Möhkəm oğlu Məmmədov (1986)

– Ümid Mübariz oğlu Şəmiyev (2002)

– Xatun Mübariz qızı Şəmiyeva (2006)

– Qurban Nizami oğlu Əsgərli (2010)

– Sehrayə İntiqam qızı Sultanlı (2015).

00:36

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.

presstvaz “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.

Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv