Horner qovuldu, Verstappen qaçmaq istəyir – “Red Bull”da nə baş verir?

Horner qovuldu, Verstappen qaçmaq istəyir – “Red Bull”da nə baş verir?






presstv

"Presstv"az #Formula-1, #İdman, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “İdmanda nə baş verir?” podkastının yeni buraxılışında “Formula-1” üzrə dünya çempionatı haqqında fikir mübadiləsi aparılıb

Podkastın qonağı, “Formula-1” mütəxəssisi Rəhim Əliyev Kristian Hornerin rəhbərlik etdiyi “Red Bull” komandasından getməsindən söz açıb:

“K.Hornerin komandadan getməsi gözlənilməz oldu. O, “Red Bull”u qısa müddətdə yüksək səviyyəyə qaldırmışdı. 20 ilini həmin komandaya həsr edən bir adamı qovmaq qəbuledilməzdir. Onun xidmətlərini nəzərə almaq lazım idi. Komandadan ayrılacağını öncədən elan etmək, gedərkən isə mərasim təşkil etmək gərək idi. Hazırda “Red Bull” gözümüzün önündə tənəzzülə uğrayır”.

O həmçinin Maks Ferstappenin “Red Bull”dan ayrılaraq “Mercedes”ə keçməsi haqqında yayılan xəbərlərə münasibətini bildirib:

“Maks Ferstappen “Red Bull”da heç kimin təsəvvür edə bilməyəcəyi uğurlar, nailiyyətlər qazandı. Komandanın hazırladığı maşını yalnız o, sürə bilir. M.Ferstappenin komandanı tərk edəcəyinə inanmaq istəmirəm. “Red Bull”da vəziyyət o qədər pisdir ki, o, komandadan canını qurtarmaq istəyir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv