Adi notbukdan 100 000 dəfə sürətli superkompüter təqdim edildi

Adi notbukdan 100 000 dəfə sürətli superkompüter təqdim edildi






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Böyük Britaniy, #Böyük Britaniya, #Finlandiya, #İtaliya, #Süni intellekt, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyada 225 milyon funt sterlinq (təxminən 514 milyon manat) dəyərində süni intellektə malik “Isambard-AI” superkompüteri rəsmi olaraq təqdim edilib.

presstvaz “Guardian”a istinadən xəbər verir ki, o, saniyədə 21 trilyon əməliyyat yerinə yetirmək qabiliyyətinə malikdir.

Mühəndis İsambard Kinqdom Brunelin adını daşıyan superkompüter xəstə inəkləri müəyyən edən, dəri xərçənginin aşkarlanmasını təkmilləşdirən, polisə təhlükəni qabaqcadan görməyə imkan verən portativ süni intellekt köməkçiləri yaratmaq üçün istifadə olunacaq.

“Isambard-AI” rəsmi olaraq Bristolda elm və texnologiya üzrə dövlət katibi Piter Kayl tərəfindən işə salınıb.

“Nvidia 5400” çipi ilə təchiz edilmiş superkompüterin adi notbukdan 100 000 dəfə daha sürətli işləyəcəyi bildirilir. O, əsasən nüvə reaktorlarından ayda təxminən 1 milyon funt sterlinq dəyərində elektrik enerjisi istehlak edəcək.

“Isambard-AI” hazırda Böyük Britaniyada ən güclü süni intellekt superkompüteri kimi tanınır. O, həmçinin ABŞ, Yaponiya, Almaniya, İtaliya, Finlandiya və İsveçrədəki analoji obyektlərdən sonra dünyada ən sürətli 11-ci kompüterdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv