Ali Məhkəmə “Meydan TV” ilə bağlı qərarı qüvvədə saxlayıb

Ali Məhkəmə “Meydan TV” ilə bağlı qərarı qüvvədə saxlayıb






presstv

"Presstv"az #Ali Məhkəmə, #Azərbaycan, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Hakim, #Nəqliyyat, #Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə “Meydan TV”yə blok qoyulması ilə bağlı verilən qərardan kassasiya şikayətinə baxılıb.

presstvaz xəbər verir ki, bu gün hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bu barədə vəkil Elçin Sadıqov APA-ya bildirib.

Qərara əsasən, şikayət təmin edilməyib və qətnamə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi 2017-ci ilin mayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Azərbaycan Saatı” proqramı, “Turan TV” və “Meydan TV”nin saytının bloklanması barədə qərar çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.

2019-cu ildə Ali Məhkəmədə verilmiş qərara əsasən, “Meydan TV”yə blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Lakin məhkəmədə iddia yenidən təmin olunub və “Meydan TV”nin ölkədə yayımına tətbiq edilən blok aradan qaldırılmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv