Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Həkim, #IDEA İctimai Birliyi, #Leyla Əliyeva

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarətə tam avtomatlaşdırılmış, müasir standartlara cavab verən laboratoriya bölməsindən başlayan Leyla Əliyeva daha sonra Təcili Yardım Şöbəsinin fəaliyyəti ilə tanış olub. O, burada göstərilən xidmətlərin keyfiyyəti və operativliyi ilə maraqlanıb, həkimlərlə görüşüb.

Ziyarət zamanı Leyla Əliyeva radiologiya şöbəsində də olub. Ona burada istifadəyə verilmiş son nəsil tomosintezli mammoqrafiya cihazı barədə ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq tədqiqatlara əsasən, 2031-ci ilə qədər hər 8 qadından birində süd vəzi xərçəngi riski ola bilər. Məhz bu səbəbdən “Məlhəm Hospital” tərəfindən ölkəyə qabaqcıl tibbi avadanlıqlar gətirilib və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına xüsusi önəm verilir.

Daha sonra Leyla Əliyeva ultrasonoqrafiya otağında uşaqlarda aparılan müayinələrlə tanış olub. Xüsusilə Daun sindromlu və digər spektrli uşaqların müayinəsi ilə maraqlanaraq bu sahədə ölkəmizdə görülən işlər haqqında məlumat alıb. Bildirilib ki, son illərdə Azərbaycanda yüksək texnologiyalı avadanlıqlar və peşəkar mütəxəssislərin sayəsində skrininq müayinələri vaxtında aparılır, nəticədə spektrli və ağır diaqnozlu doğuşların sayı nəzərəçarpacaq dərəcədə azalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv