Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirak etməyəcək

Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirak etməyəcək






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Hadisə, #Hakim, #Müstəqil Dövlətlər Birliyi (MDB), #Rusiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirak etməyəcək.

presstvaz xəbər verir ki, bu barədə “Trend”ə məlumatlı mənbə bildirib.

Qeyd edək ki, adətən MDB iclaslarında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

“Yaqub Eyyubov sözügedən tədbirdə iştirak etməyəcək. İmtinanın səbəbi Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsidir”, – deyə mənbə qeyd edib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərdə reydlər keçirib. Reydlər zamanı azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovlar qətlə yetirilib, bir neçə nəfər saxlanılıb.

Azərbaycan XİN rəsmisi bu məsələni şərh edərkən bildirib ki, Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.

AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı insidentə gəlincə, Azərbaycan Rusiyadan ötən ilin sonunda Rusiya hava məkanında vurulan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarə ilə bağlı faciənin tam və şəffaf şəkildə araşdırılmasını, məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını və zərərçəkənlərə təzminatın ödənilməsini gözləyir.

Azərbaycan Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatında bildirilib ki, zəruri addımların atılmaması, hadisələrin həqiqi mahiyyətinin təhrif edilməsinə cəhdlər, eləcə də Rusiyanın rəsmi şəxsləri və KİV tərəfindən “Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarənin vurulmasından sonra Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyası qəbuledilməzdir.

Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb”, – deyə XİN-dən bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv