Uşaqların suda boğulmasının səbəbkarı valideynlərdir?

Uşaqların suda boğulmasının səbəbkarı valideynlərdir?






presstv

"Presstv"az #Ailə, #Hadisə, #Şəmkir, #Şəmkir rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər hovuz və çaylarda boğularaq həyatını itirən uşaq və yeniyetmələrin sayı artıb.

Şəmkir rayonunda üzmək üçün çaya girən üç azyaşlının, ailəsi ilə getdiyi istirahət mərkəzinin hovuzunda boğulan dörd yaşlı Nərminin, Zaqatalanın Yuxarı Tala kəndi ərazisində çaya düşən iki yaşlı Səfiyənin taleyi eyni olub.

Bu kimi hadisələrin əsas səbəbi kimi əksər hallarda valideyn məsuliyyətsizliyi göstərilir.

Maraqlıdır, vətəndaşlar belə hallarla qarşılaşdıqda nə etməli olduqlarını bilirlər?

Sakinlərdən biri bildirib ki, belə hallarda süni nəfəs vermək, uşağı tərs çevirmək, kürəyinə yüngülcə vurmaq, başını aşağı sallamaq kimi ilkin tibbi yardım tədbirlərini həyata keçirmək vacibdir.

“Bu cür hadisələr həm valideynlərin məsuliyyətsizliyi, həm də xilasedici xidmətlərin işinə ciddi yanaşmaması səbəbindən baş verir. Mən isə üzməyi bilmədiyim üçün boğulan şəxsə kömək edə bilmərəm” , – digər bir sakin bildirib.

Övladları ilə istirahət mərkəzinə gedən valideynlər təhlükəsizlik qaydalarını bilməli və onlara ciddi şəkildə əməl etməlidirlər.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, azyaşlılarla böyüklərin eyni hovuzda çimməsi qadağandır:

“Azyaşlılar üçün bir nəfərə 3-4 kvadratmetr, böyüklər üçün isə 5 kvadratmetrlik hovuz sahəsi nəzərdə tutulur. 200 kvadratmetrlik hovuza eyni anda 100-150 nəfərin daxil olması yolverilməzdir. Uşaqlar üçün hovuzun dərinliyi maksimum 70 santimetr, böyüklər üçün isə 1 metr 30 santimetrdən 1 metr 50 santimetrə qədər olmalıdır”.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv