Bakıda həbs ediləcəyini bilən şəxs məhkəməyə narkotiklə gəlib

Bakıda həbs ediləcəyini bilən şəxs məhkəməyə narkotiklə gəlib






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Həbs ediləcəyini bilən şəxs məhkəməyə alt paltarında narkotik vasitə gətirib. Bu maraqlı hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, 53 yaşlı Qalib Abbasov külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham olunaraq hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən ərəfədə Qalib Abbasov həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məhkəmə proseslərinə evdən gəlib-gedən Qalib Abbasov həbs ediləcəyini bildiyi üçün sonuncu prosesə “hazırlıqlı” gəlib. Narkotik istifadəçisi olan Qalib Abbasov həbs ediləcəyi halda cəzaçəkmə müəssisəsinə aparmaq məqsədilə əldə etdiyi narkotiki alt paltarına tikdiyi gizli cibin içərisinə yerləşdirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və barəsində həbs qətimkan tədbiri seçilən Qalib Abbasov Penitensiar Xidmətin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına aparılıb.

Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən Qalib Abbasovun üzərinə baxış keçirilən zaman əynindəki alt paltarının iç tərəfini tikilmiş kustar cibdə narkotik aşkarlanıb.

Baxış zamanı onun üzərindən 5,6 qram narkotik vasitə heroin, 1,5 qram şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamin və 5 ədəd metadon həbləri aşkar edilib.

Qalib Abbasov ifadəsində ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini bildirib. O həmçinin qeyd edib ki, həbsxanaya keçirmək istədiyi narkotik vasitə onu sadəcə bir həftəlik vaxt üçün görəcəkmiş.

Bu əməlinə görə isə Qalib Abbasov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəl aldığı 6 il 6 ay həbs cəzası ilə yeni cəzası birləşdirilib. Onun üzərində qəti olaraq 7 il həbs cəzası saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv