Kriştianu Ronaldu 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi

Kriştianu Ronaldu 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi






presstv

"Presstv"az #Futbol, #Kriştianu Ronaldu, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Portuqaliya millisinin və “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.

presstvaz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı çempionatının sosial şəbəkə hesablarında məlumat yayılıb.

40 yaşlı forvard azarkeşlər tərəfindən mövsümün ən yaxşısı adına layiq görülüb.

Mövsüm ərzində Ronaldu 15 dəfə matçın ən yaxşı oyunçusu seçilib. O, Səudiyyə Ərəbistanı Pro Liqasında 30 oyun keçirib, 25 qol vurub və bununla da turnirin bombardiri olub.

Həmçinin onun çempionatın 27-ci turunda “Ər-Riyad”la oyunda (2:1) cərimə zərbəsindən vurduğu qol da 2024/25 mövsümünün ən yaxşı qolu kimi tanınıb. Beləliklə, Ronaldu mövsümdə üç fərdi mükafat qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv