ARDNF-də Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

ARDNF-də Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Jurnalistlər, #Milli Mətbuat, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

15 iyul 2025-ci il tarixində ARDNF-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “Milli Mətbuatın 150 İli: Etibarlı, Dürüst, Şəffaf” adlı tədbir keçirilib. Tədbirdə müxtəlif media qurumları və agentliklərini təmsil edən nümayəndələr, o cümlədən maliyyə və iqtisadiyyat sahəsində ixtisaslaşmış media peşəkarları iştirak ediblər.

presstvaz xəbər verir ki, jurnalistika ənənələrinə və bu sahədə çalışan peşəkarların əvəzsiz töhfələrinə ehtiram əlaməti olaraq təşkil olunmuş tədbir ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov tərəfindən açıq elan olunub. Jurnalistləri əlamətdar gün münasibətilə təbrik edən İsrafil Məmmədov çıxışında bildirib: “Biz inanırıq ki, sağlam və peşəkar media cəmiyyətin tərəqqisinin ayrılmaz hissəsidir. Bu məqsədlə biz media ilə qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlığımızı davam etdirir, ictimaiyyətin Fondun fəaliyyəti haqqında daha dolğun məlumat əldə etməsini təmin etmək üçün müxtəlif təşəbbüslər həyata keçiririk”.

Tədbir jurnalist, Bakı tarixi və memarlığı üzrə tədqiqatçı, bələdçi Fuad Axundovun “Neft və Media” mövzusunda təqdimatı ilə davam edib. Özünəməxsus üslubu ilə çıxış edən Fuad Axundov, Azərbaycanın neft sərvətinin yalnız iqtisadi deyil, həm də informasiya və maarifçilik sahələrində yaratdığı imkanlara toxunaraq, milli mətbuatın inkişafına verdiyi töhfələri tarixi faktlarla diqqətə çatdırıb. Eyni zamanda, o, media tarixində qadın jurnalistlərin önəmli roluna və mətbuatın formalaşmasında gender balansının qorunmasının əhəmiyyətinə dair maraqlı məqamlar səsləndirib.

Tədbirin interaktiv hissəsində ARDNF rəhbərliyi və media peşəkarları milli mətbuatın Azərbaycanın ictimai-siyasi həyatında və maarifçiliyin inkişafında oynadığı rol, habelə media-Fond əməkdaşlığının gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv