Gürcüstanın təhlükəsizlik orqanlarından əməliyyat: Nüvə materialı satışının qarşısı alındı

Gürcüstanın təhlükəsizlik orqanlarından əməliyyat: Nüvə materialı satışının qarşısı alındı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Dollar, #Dövlət Təhlükəsizlik Xidməti, #Gürcüstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti transmilli cinayətin üstünü açıb və onun bir neçə istiqamətdə həyata keçirilməsinin qarşısını alıb.

presstvaz-ın Gürcüstan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin direktoru Baça Mqeladze brifinq zamanı deyib.

Birgə tədbirlər nəticəsində əks-kəşfiyyat və xüsusi əməliyyatlar departamentlərinin əməkdaşları Batumidə bir Gürcüstan vətəndaşını və bir əcnəbini nüvə materialının – uranın qanunsuz satışı və əldə edilməsi ittihamı ilə saxlayıblar.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər uranı üç milyon ABŞ dolları qarşılığında satmaq niyyətində olublar.

“Bu radioaktiv maddənin alfa və qamma şüalanma səviyyəsini, eləcə də onun xüsusiyyətlərini nəzərə alaraq, ondan partlayıcı qurğuların istehsalı, terror aktları və ya ağır və ölümcül nəticələrə səbəb olan digər hərəkətlər üçün komponent kimi istifadə oluna bilər”, – deyə Mqeladze bildirib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsinin birinci hissəsi üzrə istintaq aparılır və buna görə beş ildən 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv