SOCAR “ağıllı qaz şəbəkəsi”inə dair müqavilə imzalayıb

SOCAR “ağıllı qaz şəbəkəsi”inə dair müqavilə imzalayıb






presstv

"Presstv"az #"Azəriqaz", #(SOCAR), #ABŞ, #ABŞ dolları, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), #Bakı, #Birləşmiş Ərəb Əmirlikləri, #COP29, #Dollar, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Esyasoft Holding” şirkəti arasında “ağıllı qaz şəbəkəsi”nin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.

presstvaz xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, layihənin əsas məqsədi qabaqcıl ağıllı qaz idarəetmə sistemi texnologiyalarının tətbiqi sayəsində Azərbaycan ərazisində qazın paylanması üzrə əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq, habelə “Azəriqaz”ın göstərdiyi xidmətlər üzrə müştəri və vətəndaş məmnunluğunu yüksəltməkdir.

Layihə 2.5 milyon “ağıllı” sayğacın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon ABŞ dolları sərmayənin yatırılması nəzərdə tutulur. Bu sərmayə yaxın gələcəkdə şəbəkənin rəqəmsallaşdırılmasının, ağıllı təzyiq və temperatur sensorlarının quraşdırılmasının, “Rəqəmsal həllər laboratoriyası”nın (Digital Solutions Lab) yaradılmasının, əməkdaşların qabaqcıl texnologiyalar üzrə təliminin və beynəlxalq təcrübə mübadiləsinin təşkilinin, süni intellektin tətbiqi, məlumatların “Hökumət buludu”nda yerləşdirilməsi ilə informasiya təhlükəsizliyinin təmin olunmasının, eləcə də müasir texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinin qurulmasının mümkünlüyünə imkan verəcək.

İstehlakçılar daha dəqiq hesablama, real vaxt rejimində istifadə monitorinqi, problemlərin sürətli həlli, uzaqdan xidmət və rəqəmsal platformalar vasitəsilə istehlak məlumatlarına asan çıxış kimi üstünlüklər əldə edəcəklər.

Ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində SOCAR-la “Esyasoft Holding” arasında imzalanmış əməkdaşlıq sazişinin davamı olan bu müqaviləni SOCAR prezidenti Rövşən Nəcəf, “Azəriqaz”ın baş direktoru Azər Məmmədov və “Esyasoft Holding”in baş icraçı direktoru Bipin Çandra imzalayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv