Uesli Sneyderin oğlu ilk peşəkar müqaviləsini imzaladı

Uesli Sneyderin oğlu ilk peşəkar müqaviləsini imzaladı






presstv

"Presstv"az #Futbol, #Haber Global, #Niderland, #Qalatasaray

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaxtilə “Qalatasaray”da çıxış edən niderlandlı sabiq futbolçu Uesli Sneyderin oğlu Cessi Sneyder “Utrext”lə peşəkar müqavilə imzalayıb.

presstvaz “Haber Global”a istinadən xəbər verir ki, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

“Arzum gerçəkləşdi. Bu məqama çatmaq üçün Utrext Akademiyasına qoşulduğumdan bəri çox çalışdım. İlk peşəkar müqaviləmi imzalamaq mükafat kimi bir hissdir və bu, həm də yeni bir addımın başlanğıcıdır. İnkişafımı davam etdirmək və hər şeydən əvvəl gələn mövsüm mümkün qədər çox oyun vaxtı əldə etmək istəyirəm”, – Cessi bildirib.

Uesli Sneyder sosial şəbəkədə oğlu ilə bağlı bu sözləri paylaşıb: “Səninlə çox fəxr edirəm. Qətiyyətin və iradən mükafatlandırıldı. Hər şey yeni başlayır. Afərin oğlum”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv