“Qumar kralı”nın adamları azadlığa çıxdılar – 8 illik hökm ləğv edildi

“Qumar kralı”nın adamları azadlığa çıxdılar – 8 illik hökm ləğv edildi






presstv

"Presstv"az #Ali Məhkəmə, #Araşdırma, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Apellyasiya Məhkəməsi, #Hakim, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qumar kralı” Yusif Şəkilinin adamları haqda 8 illik həbs qərarı ləğv edilib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə işdəki ciddi qanun pozuntularını əsas götürərək belə nəticəyə gəlib.

Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov daha əvvəl “qumar oyunları təşkil etmə” və “qanunsuz sahibkarlıq” ittihamları ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ediliblər.

Hökmə əsasən, Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə müttəhimlərin 1 milyon manatdan artıq qiymətləndirilən əmlakları üzərindəki həbs qərarı ləğv edilib.

Amma prokurorun protesti vəziyyəti dəyişib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm ləğv edilib.

Yeni qərarla sözügedən şəxslər ayrı-ayrılıqda 8 il müddətinə azadlıqdan məhrum edilib, əmlakları müsadirə olunub. Apellyasiya instansiyasının qərarını isə Ali Məhkəmə ləğv edib.

Yüksək instansiya işdə qanun pozuntuları aşkar etdiyindən yenidən araşdırmaya qaytarıb. Bakı Apellyasiya Məhkəməsində təkrar araşdırmanın ilk iclasında müdafiə tərəfindən vəkil Hikmət Əliyev vəsatət qaldırıb.

Müdafiəçi müttəhimlərə münasibətdə çıxarılan 8 illik həbs qərarı ləğv edildiyindən yeni qərara kimi ev dustaqlığına buraxılmalarını istəyib.

Hakimlər vəsatətdə qeyd olunan arqumentləri əsaslı hesab ediblər. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov ev dustaqlığına buraxılıblar.

Məhkəmə baxışı isə davam edəcək. Bundan sonra sərbəst mühakimə ediləcək müttəhimlər tam bəraət tələb edirlər. Qeyd edək ki, “Şəkili Yusif” özü də həbsdədir. Onun işi üzrə ibtidai istintaq davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv