Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir – VİDEO

Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir – VİDEO






presstv

"Presstv"az #Dərman vasitələri, #Həkim, #Sağlamlıq, #Səhiyyə Nazirliyi, #Sosial şəbəkələr, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə “Tiktok” sosial şəbəkəsi vasitəsilə həm canlı yayımlar açaraq, həm də videolar paylaşaraq vətəndaşlara dərman tövsiyəsi edən əczaçı səhifələrinin sayı kifayət qədərdir. Bəs əczaçılarn xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görməsi nə dərəcədə doğrudur?

Elə bəzi satıcıların özləri də bildirirlər ki, əczaçılar  həkim deyillər. Onlar xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görürlərsə, bu ciddi tibbi və etik qayda pozuntusudur.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirir ki, hər kəsin bədəni və sağlamlıq vəziyyəti fərqlidir. Sosial şəbəkədə verilən tövsiyə onların vəziyyətinə uyğun olmaya bilər. Eyni zamanda yan təsirlərə və ya dərman qarşılıqlı təsirlərinə məruz qala bilərlər.

Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən isə “Xəzər Xəbər”ə bildirilib ki, sosial şəbəkələrdə fərdi şəxslərin – hətta əczaçı olsalar belə – canlı yayım vasitəsilə dərman vasitələri tövsiyə etməsi və ya reklam etməsi qanunla qadağandır və yol verilən hal deyil.

“Dərman vasitələri yalnız həkim təyinatı əsasında istifadə olunmalıdır, özbaşına qəbuldan və sosial şəbəkələr vasitəsilə əldə edilən tövsiyələrdən çəkinmək lazımdır. Əgər resptlə satılan dərmanlar  bu şəkildə reklam edilirsə,  o zaman həmin şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir”, -deyə qurumdan bildirilib.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv