Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: “Versəniz, vurarıq”

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: “Versəniz, vurarıq”






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #İran, #Rusiya, #Sankt-Peterburq, #təyyarə, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin niyə Moskvaya zərbə endirmədiyini soruşub. Zelenski isə cavabında bunun üçün müvafiq silahların verilməsini istəyib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Washington Post” nəşri məlumat verib.

“Tramp Zelenskidən Moskvanı niyə vurmadığını soruşdu. Zelenski isə – “Bizə uyğun silah versəniz, bunu edə bilərik”, – deyə cavab verib. Tramp bildirib ki, Ukrayna Putinə təzyiqi artırmalıdır, üstəlik, təkcə Moskvaya yox, Sankt-Peterburqa da”, – deyə nəşr yazıb.

Məqalə müəllifi hesab edir ki, Donald Tramp üç səbəbə görə vəziyyəti gərginləşdirmək qərarına gəlib. Birincisi, ABŞ prezidenti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin guya sülhə hazır olduğunu göstərməklə ona qarşı “hörmətsizlik nümayiş etdirir”. İkincisi, Tramp İrana qarşı “B-2” bombardmançı təyyarələri və “Tomahawk” raketlərindən istifadə etməklə ABŞ-nin hərbi gücünün effektivliyini görüb. Nəhayət, üçüncüsü, o hesab edir ki, Moskva “ancaq çox güc tətbiq etmək təhlükəsi altında” danışıqlara gedə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv