Daha bir ölkə Azərbaycanda keçiriləcək III MDB oyunlarında iştirakını təsdiqlədi

Daha bir ölkə Azərbaycanda keçiriləcək III MDB oyunlarında iştirakını təsdiqlədi






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, #Belarus, #İdman, #III MDB Oyunları, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Rusiya, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda keçiriləcək III MDB Oyunları üçün daha bir ölkə qeydiyyatdan keçib.

presstvaz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat yayılıb.

Bu, 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərən Türkmənistandır.

Qonşu ölkə oyunlara 170 idmançı ilə qatılacağını təsdiqləyib.

Beləliklə, indiyədək qeydiyyatdan keçmiş ölkələrin sayı 8-ə yüksəlib. Daha əvvəl təşkilatçı Azərbaycandan (349 idmançı) başqa, Rusiya (263), Qazaxıstan (259), Özbəkistan (257), Belarus (255), Tacikistan (202) və Qırğızıstanın (85) da iştirakı rəsmiləşib. Bununla da III MDB Oyunlarında nümayəndə heyətlərinin ümumi sayı 2 666-ya, idmançıların sayı isə 1 846-ya çatıb. İdmançılardan 477-si komanda, 1363-ü fərdi növlərdə yarışacaq.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın 7 şəhərindəki 12 idman məkanında 23 növ üzrə keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv