Nyu-York və Nyu-Cersi daşqınların əsarətində: Fövqəladə vəziyyət elan olundu

Nyu-York və Nyu-Cersi daşqınların əsarətində: Fövqəladə vəziyyət elan olundu






presstv

"Presstv"az #ABŞ, #Avto, #Nəqliyyat, #Nyu-York, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin şərq sahili fırtına və leysan yağışlarının cəngindədir: Cəmi bir gecə ərzində yağan güclü yağışlar Nyu-York və Nyu-Cersi ştatının bir sıra rayonlarında daşqınlara, nəqliyyatın iflic olmasına və fövqəladə vəziyyət rejiminin tətbiqinə gətirib çıxarıb.

presstvaz bu barədə “MigNews”a istinadla xəbər verir.

Milli Meteorologiya Xidməti Nyu-York şəhərinin bütün beş rayonunda qəfil daşqın təhlükəsinə dair təcili xəbərdarlıq yayıb. Metro stansiyalarını su basıb, bəzi xətlərin hərəkəti müvəqqəti dayandırılıb, ciddi gecikmələr yaşanıb. Bir sıra əsas avtomagistrallar da bağlanıb. Hava limanları da ciddi şəkildə zərər görüb, təyyarələrin eniş və qalxışlarına məhdudiyyətlər tətbiq edilib ki, bu da yüzlərlə uçuşun gecikməsi və ləğv edilməsinə səbəb olub.

Nyu-Cersi ştatında Skoç-Pleyns, Somerset, Nort-Pleynfild, Rozel-Park şəhərlərində küçələr və evlər su altında qalıb. Bununla əlaqədar qubernator Fil Mörfi fövqəladə vəziyyət elan edib.

Sinoptiklərin proqnozlarına görə, güclü yağıntılar həftəsonuna qədər davam edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv