Pentaqon yeni raketlərin seriyalı istehsalına başladı

Pentaqon yeni raketlərin seriyalı istehsalına başladı






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Ballistik raket, #Çin, #Çin Xalq Respublikası, #Kiyev, #Münaqişə, #Tayvan, #Ukrayna, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pentaqon ABŞ qoşunlarının strateji əhəmiyyətli regionlarda – Avropa, Arktika və Asiya-Sakit okean regionunda təchiz edilməsi üçün hazırlanmış “Precision Strike Missile” (PrSM) operativ-taktiki raketlərinin seriyalı istehsalına başlandığını elan edib.

Bu barədə presstvaz “RIA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, 500 km-ə qədər uçuş məsafəsi olan yeni raket yaylım atəşli reaktiv sistemləri və yaxınmənzilli ballistik raketlər arasında ara keçid kimi yaradılıb. “Lockheed Martin” hərbi-sənaye korporasiyası tərəfindən hazırlanmış “PrSM” perspektivdə “ATACMS”i tam şəkildə əvəz etməlidir. Analitiklərin fikrincə, “ATACMS”in Ukraynaya tədarükü yeni raketlər üçün anbarların boşaldılması zərurəti ilə bağlı ola bilər. İnkişaf proqramı 2016-cı ildə başlayıb, ilk nümunələr isə 2023-cü ilin payızında qoşunlara təhvil verilib.

“PrSM” raketləri “M142 HIMARS” və “M270 MLRS” buraxılış qurğuları ilə uyğun gəlir. Eyni platformalar “ATACMS” raketlərinin buraxılması üçün istifadə edilib.

Baxmayaraq ki, yeni raketlər Avropaya da çatdırılacaq, lakin Pentaqon onların əsas tətbiq istiqamətinin Asiya-Sakit okean regionu olacağını bildirir. “PrSM”lər çoxdomenli taktiki qrupların – uzaqmənzilli raket silahlarına malik mobil bölmələrin vəzifələri nəzərə alınmaqla hazırlanıb ki, ABŞ bunları Cənubi Çin, Şərqi Çin və Sarı dəniz sularında yerləşdirmək niyyətindədir. Çin ilə Tayvan səbəbindən münaqişə yaranarsa, bu qüvvələr Çin Xalq Respublikasının hərbi-dəniz hədəflərinə və sahil infrastrukturuna hücum etməlidir.

İstisna deyil ki, ilk seriyalı “PrSM-ləri” Ukrayna da alacaq – döyüş sınaqları üçün. Kiyev artıq yeni raketlərə uyğun gələn “HIMARS” və “MLRS” buraxılış qurğularına malikdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv