Xətai rayonunda “Dahi” adlı konsert proqramı təşkil edilib

Xətai rayonunda “Dahi” adlı konsert proqramı təşkil edilib






presstv

"Presstv"az #Ailə, #Bakı, #Hakim, #Heydər Əliyev, #Milli Məclis, #Müharibə, #Vətən müharibəsi, #Xətai Rayon İcra Hakimiyyəti, #Xətai rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xətai rayonunda iyulun 14-də Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Dahi” adlı konsert proqramı təşkil edilib.

Heydər Əliyev parkında amfiteatr səhnəsində keçirilən konsertdə Xətai Rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, şəhid ailələri, qazilər, H.Əliyev adına Ali Hərbi İnstitutun kursantları, ziyalılar və sakinlər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə parkda təşkil olunmuş, ulu öndərin portretləri əks olunan ipək xalça sərgisinə tamaşa ediblər. Daha sonra tanınmış incəsənət ustaları ulu öndərə həsr edilmiş musiqiləri tamaşaçılara təqdim ediblər.

Sonda atəşfəşanlıq olub. Konsert sakinlər tərəfindən rəğbətlə qarşılanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv