Rusiyada azərbaycanəsilli bloqerə cinayət işi açıldı

Rusiyada azərbaycanəsilli bloqerə cinayət işi açıldı






presstv

"Presstv"az #Azərbaycan, #Cinayət işi, #Moskva vilayəti, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Subo” adı ilə tanınan azərbaycanəsilli müğənni və bloqer Sübhan Məmmədova qarşı Rusiyada cinayət işi açılıb.

presstvaz xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya İstintaq Komitəsi 50 milyon rubl (təxminən 1 milyon manat – red.) məbləğində vergidən yayınmaqda şübhəli bilinən bloqer “Subo”ya qarşı cinayət işi açıb və o, axtarışa verilib. Məlumatda onun qardaşı və atasının da bu cinayətdə təqsirli bilindiyi bildirilir.

Bundan başqa, məlum olub ki, bloqerin özü, atası və qardaşları hərbi xidmət üçün qeydiyyata durmaq öhdəliyindən boyun qaçırıblar.

Xatırladaq ki, azərbaycanəsilli bloqer bu ilin fevral ayında Rusiya vətəndaşlığından çıxarılıb. Buna səbəb kimi Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi göstərilib. Sübhan Məmmədovun hazırda BƏƏ-də yaşadığı bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv