Masallı və Lerikdə altı minə yaxın abonent qazsız qalacaq

Masallı və Lerikdə altı minə yaxın abonent qazsız qalacaq






presstv

"Presstv"az #Lənkəran, #Masallı, #Masallı rayonu, #Meşə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Masallı rayonunda qaz təchizatının verilişində fasilə yaranacaq.

presstvaz xəbər verir ki, Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, ərazidə yerləşən “Alvadı” qazpaylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədar olaraq, 15 iyul 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 8 kənd üzrə 4 900 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Eyni zamanda, Lerik rayonu ərazisində yerləşən “Lerik” qazpaylayıcı stansiyasından qidalanan Mondigah, Andurma, Rvarud, Rəzgov, Təngəbin, Veri, Mistan, Xəlifəkənd, Tatoni, Qosmalian və Hiveri kəndlərini təbii qazla təmin edən orta təzyiqli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədar olaraq, 15 iyul 2025-ci il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək ümumilikdə 16 yaşayış məntəqəsində 1 050 abonentin qaz təchizatının dayandırılması nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv