Tomas Morun edamından 500 il sonra kilsə onun başının ekshumasiyasına çalışır

Tomas Morun edamından 500 il sonra kilsə onun başının ekshumasiyasına çalışır






presstv

"Presstv"az #Ailə, #Hadisə, #İngiltərə, #London, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Londondakı Müqəddəs Danstan kilsəsi yazıçı və İngiltərənin sabiq lord-kansleri Tomas Morun edamından 500 il sonra onun başının ekshumasiya olunması üçün icazə almağa çalışır.

presstvaz xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Müqəddəs Danstan kilsəsinin icma şurası Morun ölümünün 500 illiyinə – yəni 2035-ci ilə qədər onun qalıqlarını torpaqdan çıxarmağı planlaşdırır. Lakin bu prosesin həyata keçirilməsi üçün məhkəmə icazəsi tələb olunur.

Kilsə nümayəndələrinin açıqlamasında deyilir ki, Morun başı geri qaytarılıb xüsusi bir relikvariya (müqəddəs əmanət qutusu) içində saxlanıla bilər.

“Eyni zamanda, onu müqəddəs bir yerə və ya oyma daş sütunun üzərinə yerləşdirmək də mümkündür – ziyarətçilərimizin çoxu belə istəyir”, – deyə onlar əlavə ediblər.

Qeyd edək ki, İngiltərənin lord-kansleri və yazıçısı olan Tomas Mor 1535-ci ildə kral VIII Henrinin əmri ilə edam edilib. Səbəb isə onun kralı İngiltərə kilsəsinin rəhbəri kimi tanımaqdan imtina etməsi olub. Hadisədən 400 il sonra – 1935-ci ildə Vatikan onu şəhidlər sırasına daxil edib.

Morun başı ölümündən sonra uzun bir yol keçib – cəsədi Tauerdəki kiçik bir ibadət otağında dəfn olunsa da, başı London körpüsündə nizəyə keçirilmiş halda qalıb. Bir ay sonra qızı Marqaret atasının başını götürərək ömrünün sonunadək saxlayıb; sonra isə onlar birlikdə Müqəddəs Danstan kilsəsindəki ailə qəbrində dəfn olunublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv