2 dəqiqəyə yuxuya getməyin sadə üsulu açıqlandı

2 dəqiqəyə yuxuya getməyin sadə üsulu açıqlandı






presstv

"Presstv"az #Sağlam həyat tərzi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2 dəqiqəyə yuxuya getməyin sadə üsulu açıqlanıb.

presstvaz xəbər verir ki, sağlam həyat tərzi üzrə mütəxəssis Jordi Vu yuxusuzluqdan əziyyət çəkən insanlara sadə və cəmi iki dəqiqə vaxt aparan bir texnika tövsiyə edib. O, bu barədə "20minutos" nəşrinə danışıb.

Ekspertin sözlərinə görə, əvvəlcə barmaqları bir-birinə keçirərək əlləri başın altına qoymaq lazımdır. Daha sonra tərpənmədən sol tərəfə baxaraq bir nöqtəyə diqqət etmək tövsiyə olunur. Əgər insan əsnəməyə başlayırsa və yuxu əlamətləri hiss olunursa, eyni prosesi sağ tərəf üçün də təkrarlamaq olar.

Jordi Vu bu üsulun baş nahiyəsində qan dövranını yaxşılaşdırdığını və bədənin rahatlamasına cavabdeh olan parasimpatik sinir sisteminin əsas hissəsi olan vagus sinirini stimullaşdırdığını bildirib.

Qeyd edək ki, daha əvvəl diyetoloq Kayla Krouli də yuxu öncəsi bəzi qidaların rasiondan çıxarılmasını tövsiyə etmişdi. Onun sözlərinə görə, yağlı yeməklər mədədə yanma yaratdığı üçün yuxuya mane olur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv