Çiyələyi necə saxlayaq ki, dadı qaçmasın?

Çiyələyi necə saxlayaq ki, dadı qaçmasın?






presstv

"Presstv"az #Dondurma, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çiyələyin acılaşmaması və uzun müddət təzə qalması üçün saxlama qaydaları açıqlanıb.

presstvaz xəbər verir ki, çiyələyi yuyaraq saxlamaq olmaz. Bu halda meyvə tez yumşalır və dadını itirir. Əgər yumaq zəruridirsə, bir hissə sirkə və dörd hissə su ilə hazırlanmış qarışımda saxlanılması, daha sonra isə tam qurudulması tövsiyə olunur.

Saxlama zamanı çiyələklərin alt və üstünə mətbəx kağızı yerləşdirilməsi, qabın isə hava keçirməsinə imkan verən şəkildə qapadılması məsləhətdir. Bundan əlavə, çürümüş və ya yumşalmış meyvələr ayırılmalıdır. Əks halda sağlam meyvələr də tez bir zamanda xarab ola bilər.

Soyuducuda çiyələk meyvə və tərəvəz üçün nəzərdə tutulan bölmədə saxlanmalıdır. Qeyd olunur ki, aşağı temperaturda çiyələyin dadı dəyişə və acılaşa bilər.

Çiyələyi uzun müddət saxlamaq üçün dondurmaq da bir üsuldur. Bu zaman meyvələr əvvəlcə qurudulmalı, sonra dondurucuya yerləşdirilməlidir. Dondurulmuş çiyələk daha çox kompot və desertlər üçün istifadə olunur, çünki donandan sonra konsistensiyası dəyişir.

Mütəxəssislər çiyələyin təzə saxlanması üçün bu üsullara əməl edilməsinin vacib olduğunu bildirirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv