Dövlət Departamentinin minlərlə əməkdaşı işdən çıxarıldı – FOTO

Dövlət Departamentinin minlərlə əməkdaşı işdən çıxarıldı – FOTO






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Donald Tramp, #Məzuniyyət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Dövlət Departamentinin 1300-dən çox əməkdaşı ixtisar edilib.

presstvaz xəbər verir ki, iyulun 11-də baş tutan ixtisarlar çərçivəsində 1353 nəfər Departamentdən azad edilib. Bu addım Donald Tramp administrasiyasının "Əvvəlcə Amerika" siyasəti çərçivəsində departamentin yenidən qurulmasına istiqamətlənib.

ABŞ xarici siyasət idarəsindəki bu ixtisarlar daxili strukturun səmərəliliyinin artırılması və bürokratiyanın azaldılması məqsədini daşıyır. Xarici işlər naziri Marko Rubio bildirib ki, bu addım təkrarlanan funksiyaların ləğv edilməsi və resursların daha səmərəli idarə olunması baxımından vacib hesab olunur.

Tənqidçilər bu ixtisarların Birləşmiş Ştatların diplomatik nüzuzuna zərər vurduğunu bildiriblər. Demokrat senator Tim Kaine ixtisarların beynəlxalq təmsil imkanlarını məhdudlaşdıracağını qeyd edib. Xarici Xidmət Assosiasiyası da Departamentin bu formada zəiflədilməsinə etiraz edib.

İxtisara məruz qalan əməkdaşların bir qisminin inzibati məzuniyyətə göndərilməsi planlaşdırılıb. Məzuniyyət müddəti bitdikdən sonra rəsmi işdən çıxarılma prosesi baş tutacaq.

Qeyd edək ki, bu ixtisarlar Dövlət Departamentinin ümumi personal sayının təxminən 15 faizini əhatə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv