Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü

Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü






presstv

"Presstv"az #Hadisə, #İran, #Tehran, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tehranda dünən baş vermiş partlayışın əsas hədəfinin nə olduğu hələlik rəsmi olaraq açıqlanmasa da, İran İslam Respublikasının təhlükəsizlik və təbliğat aparatında mühüm fiqur olan, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının keçmiş rəhbərinin qardaşı Əli Taebin ölümü bu hadisəyə diqqəti yenidən cəlb edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Bildirilir ki, Əli Taeb rejimin güc strukturlarında əsas vəzifələrdə çalışıb, xalq etirazlarını yatırmaq üçün paytaxt Tehranda əsas güc mərkəzi sayılan "Sarəllah" Qərargahında İranın ali rəhbərinin nümayəndəsi, SEPAH-ın Birləşmiş Qərargah rəisinin müşaviri, Beynəlxalq Əl-Mustafa Universiteti, Əl-Ğədir Mərkəzi, Qum şəhərində yerləşən Şəhid Məhəllati İnstitutu kimi ideoloji mərkəzlərin qurucusu və rəhbəri kimi mühüm mövqeləri tutub.

O, SEPAH-ın siyasi-ideoloji təhsil sisteminin baş memarlarından biri hesab olunur. Əli Taeb "Vilayət-i-Fəqih" ideologiyasının gücləndirilməsi, müxalif fikir daşıyıcılarının neytrallaşdırılması və repressiv kadrlardan ibarət yeni nəsil elitanın formalaşdırılması prosesində əsas fiqurlardan biri kimi çıxış edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv