Azərbaycanda dizel və Aİ92 bahalaşacaq? – AÇIQLAMA

Azərbaycanda dizel və Aİ92 bahalaşacaq? – AÇIQLAMA






presstv

"Presstv"az #Azərbaycan, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib. Bəs, bu qərar yanacağın qiymətinə təsir edəcəkmi?

Mövzu ilə bağlı Manset.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda həm dizel, həm də 92 markalı benzinin qiyməti dövlət tərəfindən – Tarif Şurası vasitəsilə tənzimlənir.

O qeyd edib ki, buna görə də, bu yanacaq növlərinə tətbiq olunan aksiz və ya digər rüsumlardakı dəyişikliklər birbaşa qiymətlərə təsir etmir.

"Son dövrlərdə Azərbaycan xaricdən daha çox dizel və 92 oktanlı benzin idxal edir. Xaricdən alınan yanacağın qiymətində artımın qarşısını almaq və yerli şirkətlərə əlavə yük düşməməsi üçün dövlət bu sahədə müəyyən qərarlar qəbul edib".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv