Durov buna görə uğurlu olub: "Alkoqol, qəhvə və narkotikdən…"

Durov buna görə uğurlu olub: "Alkoqol, qəhvə və narkotikdən…"






presstv

"Presstv"az #Dollar, #milyarderlər, #Pavel Durov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Forbes"in dünya milyarderləri reytinqində 138-ci yerdə olan teleqram messencerinin qurucusu Pavel Durov biznes uğurunun sirrini açıqlayıb.

presstvaz xəbər verir ki, Pavel pis vərdişlərdən 20 ildən çoxdur uzaq durduğunu bildirib:

"Potensialınızı tam üzə çıxarmaq və zehninizi təmiz saxlamaq istəyirsinizsə, asılılıq yaradan maddələrdən uzaq durun. Mənim uğurum və sağlamlığım 20 ildən çox alkoqol, tütün, qəhvə, həb və narkotiklərdən tamamilə uzaq olmağımın nəticəsidir. Qısa müddətli həzz sizin gələcəyinizə dəyməz".

Qeyd edək ki, ötən il Durov 12 ölkədə sperma donorluğu nəticəsində dünyaya gələn 100-dən çox bioloji övladının, həmçinin üç fərqli qadından altı rəsmi uşağının olduğunu açıqlamışdı. İş adamı bu yaxınlarda vəsiyyətini açıqlayaraq bildirib ki, 106 uşağın hamısı miras hüququnda bərabər olacaq. 2024-cü ilə olan məlumata görə, Durovun sərvəti 15,5 milyard dollar qiymətləndirilir.  /Axşam.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv